«Zirə» - «Qəbələ»: 25-ci duel
Xəbərlər / 7 May 2021 | 21:06178
«Zirə» - «Qəbələ»: 25-ci duel

Sabah Azərbaycan Premyer Liqasında XXVI tur start götürəcək. “Qəbələ” turun ikinci günündə “Zirə” ilə görüşəcək. “Qırmızı-qaralar” bu matçı səfərdə keçirəcək. Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq matç iki rəqib arasında 25-ci duel kimi tarixə düşəcək. Əvvəlki 24 qarşılaşmada 9 qələbə qazanan “Qəbələ” üstünlüyə malikdir. 10 heç-heçəsi olan komandamız 5 dəfə məğlub olub. Baş tutan görüşlərdə 33 qol vuran “Qəbələ” öz qapısından 22 top buraxıb. “Qırmızı-qaralar”ın bu oyunlarda ən yaxşı bombardiri Aleksey Qaydır. Ukraynalı yarımmüdafiəçi “Zirə” ilə matçlarda 4 qola imza atıb. Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç, Stiven Monroz, Davit Volkov, Rövlan Muradov və Fernan Lopez hərəyə 2 qola sevinib. 

Əvvəlki 24 qarşılaşmadan 22-si çempionat, 2-si kuboka təsadüf edib. Premyer Liqa çərçivəsində baş tutan 22 görüşdən yeddisində 3, onunda 1 xal əldə edən “Qəbələ” 5 dəfə uduzub. Komandamız 26 qol vurduğu matçlarda 20 top buraxıb.

13-cü dəfə “Zirə”nin qonağı olacaq “qırmızı-qaralar” bu rəqiblə səfərdə 12 matç keçirib. “Qəbələ” rəqib meydanındakı matçlarda eyni sayda – 4 dəfə qələbə, heç-heçə və məğlubiyyət qeydə alınıb. “Qırmızı-qaralar” bu görüşlərdə 15 qol vurub və 13-nü buraxıb. 

Xatırladaq ki, mayın 9-da keçiriləcək “Zirə” - “Qəbələ” matçı saat 18:00-da başlayacaq.

 

2015/16 mövsümü

25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə - 0:0

17.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0

Nicat Qurbanov, 24

02.03.2016. Azərbaycan kuboku. Zirə - Qəbələ - 1:2

Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84 

09.03.2016. Azərbaycan kuboku. Qəbələ - Zirə - 5:1

Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36

13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:2

Aleksey Qay, 17 // Nelson Bonilya, 40, 84 

07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3

Rafael Santos, 26; Ermin Zets, 47, 79 

 

2016/17 mövsümü

25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2

Teo Uiks, 19;76 

19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:0

Filip Ozobiç, 52

12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2

Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 // Daniel Subotiç, 37; Filip Ozobiç, 88 

02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1

Sergey Zenyov, 8 // Sezar Meza Kolli, 61

 

2017/18 mövsümü 

09.09.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1

Cavid Hüseynov, 90+1-p. // Viktor İqbekoyi, 74

28.10.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:1

Milan Duriç, 19-p.; Sadio Tounkara, 38 // Famussa Kone, 72

17.02.2018. Premyer Liqa. Qəbələ - Zirə - 2:1

Stiven Monroz, 56; Baqali Dabo, 64 // Aleksandr Dedov, 39 

08.04.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

Milan Duriç, 53-p. // Stiven Monroz, 78 

 

2018/19 mövsümü 

05.10.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:0

Miloş Radivoyeviç, 86

02.12.2018. Premyer Liqa. Qəbələ - Zirə - 0:0

03.03.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

Fofana İsmael, 87 // Bəxtiyar Həsənalızadə, 57 (ö.q.)

19.04.2019. Premyer Liqa. Qəbələ - Zirə - 2:1

Davit Volkov, 20; Ceyms Adeniyi, 56 // Sadio Tounkara, 71

 

2019/20 mövsümü

06.10.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

İlkin Muradov, 67 // Ülvi İsgəndərov, 65

30.11.2019. Premyer Liqa. Qəbələ – Zirə – 3:0

Rövlan Muradov, 13; Fernan Lopez, 42; Davit Volkov, 70

01.03.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:2

İlkin Muradov, 21 // Fernan Lopez, 79; Rövlan Muradov, 88

 

2020/21 mövsümü

23.08.2020. Premyer Liqa. Qəbələ – Zirə – 1:1

Asif Məmmədov, 3 // Ağabala Ramazanov, 28

21.01.2021. Premyer Liqa. Zirə – Qəbələ – 2:0

Musa Qurbanlı, 45+1; Davit Volkov, 90+4

14.03.2021. Premyer Liqa. Qəbələ – Zirə – 1:1

Vinko Medimoreç, 23 // Fakundo Melivilo, 90+3