Misli Premyer Liqasında XIII tura start verilib. Turun son günündə meydana çıxacaq “Qəbələ” “Zirə” ilə görüşəcək. “Qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son matçını səfərdə keçirəcək.
Bakıda baş tutacaq bu qarşılaşma rəqiblərin ümumilikdə 35-ci dueli olacaq. Əvvəlki 34 oyunda üstünlük “Qəbələ”nin tərəfindədir. 14 qələbəsi olan komandamız eyni sayda heç-heçəyə imza atıb və 6 dəfə uduzub. “Zirə” ilə matçlarda 46 qol vuran “qırmızı-qaralar” 28 top buraxıb. Bu görüşlərdə “Qəbələ”nin ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır. Ülvi İsgəndərovun hesabında üç top var.
İndiyədək keçirilən 34 görüşdən 32-si çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 12 dəfə qalib gələn komandamız 14 matçdan 1 xalla ayrılıb. Digər 6 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 39 qol vuran “qırmızı-qaralar” 27 top buraxıb.
18-ci dəfə “Zirə”nin qonağı olacaq “Qəbələ” rəqib meydanında 6 dəfə qələbə qazanıb, 6 heç-heçə edib və 5 dəfə məğlubiyyət alıb. “Qırmızı-qaralar” bu görüşlərdə 23 qol vurub və 18-nı buraxıb.
Xatırladaq ki, noyabrın 12-də Zirə İdman Kompleksinin stadionumda keçiriləcək “Zirə” – “Qəbələ” matçı saat 16:30-da başlayacaq.
2015/16 mövsümü
25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə - 0:0
17.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0
Nicat Qurbanov, 24
02.03.2016. Azərbaycan kuboku. Zirə - Qəbələ - 1:2
Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84
09.03.2016. Azərbaycan kuboku. Qəbələ - Zirə - 5:1
Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36
13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:2
Aleksey Qay, 17 // Nelson Bonilya, 40, 84
07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3
Rafael Santos, 26; Ermin Zets, 47, 79
2016/17 mövsümü
25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2
Teo Uiks, 19;76
19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:0
Filip Ozobiç, 52
12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2
Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 // Daniel Subotiç, 37; Filip Ozobiç, 88
02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1
Sergey Zenyov, 8 // Sezar Meza Kolli, 61
2017/18 mövsümü
09.09.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1
Cavid Hüseynov, 90+1-p. // Viktor İqbekoyi, 74
28.10.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:1
Milan Duriç, 19-p.; Sadio Tounkara, 38 // Famussa Kone, 72
17.02.2018. Premyer Liqa. Qəbələ - Zirə - 2:1
Stiven Monroz, 56; Baqali Dabo, 64 // Aleksandr Dedov, 39
08.04.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:1
Milan Duriç, 53-p. // Stiven Monroz, 78
2018/19 mövsümü
05.10.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:0
Miloş Radivoyeviç, 86
02.12.2018. Premyer Liqa. Qəbələ - Zirə - 0:0
03.03.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1
Fofana İsmael, 87 // Bəxtiyar Həsənalızadə, 57 (ö.q.)
19.04.2019. Premyer Liqa. Qəbələ - Zirə - 2:1
Davit Volkov, 20; Ceyms Adeniyi, 56 // Sadio Tounkara, 71
2019/20 mövsümü
06.10.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1
İlkin Muradov, 67 // Ülvi İsgəndərov, 65
30.11.2019. Premyer Liqa. Qəbələ – Zirə – 3:0
Rövlan Muradov, 13; Fernan Lopez, 42; Davit Volkov, 70
01.03.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:2
İlkin Muradov, 21 // Fernan Lopez, 79; Rövlan Muradov, 88
2020/21 mövsümü
23.08.2020. Premyer Liqa. Qəbələ – Zirə – 1:1
Asif Məmmədov, 3 // Ağabala Ramazanov, 28
21.01.2021. Premyer Liqa. Zirə – Qəbələ – 2:0
Musa Qurbanlı, 45+1; Davit Volkov, 90+4
14.03.2021. Premyer Liqa. Qəbələ – Zirə – 1:1
Vinko Medimoreç, 23 // Fakundo Melivilo, 90+3
09.05.2021. Premyer Liqa. Zirə – Qəbələ – 0:0
2021/22 mövsümü
16.10.2021. Premyer Liqa. Qəbələ – Zirə – 1:1
Ülvi İsgəndərov, 79 // Cəlal Hüseynov, 18
05.12.2021. Premyer Liqa. Zirə – Qəbələ – 1:2
Davit Volkov, 45+4 // Urfan Abbasov, 32; Rövlan Muradov, 40
13.03.2022. Premyer Liqa. Qəbələ – Zirə – 0:0
04.05.2022. Premyer Liqa. Zirə – Qəbələ – 0:3
Fernan Lopes, 26; Rafael Utziq, 45; Omar Hani, 81
2022/23 mövsümü
04.09.2022. Premyer Liqa. Zirə – Qəbələ – 2:1
Rəhim Sadıxov, 45, 74 // İsnik Alimi, 35 (p.)
05.11.2022. Premyer Liqa. Qəbələ – Zirə – 1:0
Ülvi İsgəndərov, 90+3
05.02.2023. Premyer Liqa. Zirə – Qəbələ – 2:2
Dmitrios Çantakias, 15; Loris Broqno, 57 // Rafael Utziq, 3; Felipe Santos, 78
07.04.2023. Premyer Liqa. Qəbələ – Zirə – 2:1
Ramon Maçado, 58; Ruan Renato, 80 // Eldar Quliyev, 69
2023/24 mövsümü
02.09.2023. Premyer Liqa. Qəbələ – Zirə – 1:0
Rauf Hüseynli, 20