Topaz Premyer Liqasında XXII turun təyinatları açıqlanıb. Aprelin 7-də start götürüb, üç gün davam edəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər müəyyənləşib. “Qəbələ”nin “Zirə” ilə səfər oyununun təyinatları da bəlli olub. Aprelin 8-də keçiriləcək oyunu Rəvan Həmzəzadə idarə edəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq matçda onun köməkçiləri Nahid Əliyev və Vaqif Musayev olacaq. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək. Paytaxtdakı görüşdə Sakin Məmmədzadə AFFA nümayəndəsi, Asim Xudiyev hakim-inspektor olacaq.
Xatırladaq ki, aprelin 8-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Qəbələ” matçı saat 16:30-da başlayacaq.
Topaz Premyer Liqası
XXII tur
8 aprel (bazar)
16:30. “Zirə” - “Qəbələ”
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Nahid Əliyev, Vaqif Musayev
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksinin stadionu