“Zirə” – “Qəbələ” matçının vaxtı dəqiqləşdi
Xəbərlər / 17 Aprel 2026 | 09:341234
“Zirə” – “Qəbələ” matçının vaxtı dəqiqləşdi

Misli Premyer Liqasında XXX turun oyun cədvəli açıqlanıb.

 

“Qəbələ”nin “Zirə” ilə səfər oyununun vaxtı dəqiqləşib. Qarşılaşma mayın 3-də keçiriləcək.

 

Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti saat 18:30-da veriləcək. Matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.