«Zirə» - «Qəbələ» matçının vaxtı müəyyənləşdi
Xəbərlər / 13 Yanvar 2023 | 10:481792
«Zirə» - «Qəbələ» matçının vaxtı müəyyənləşdi

 

Misli Premyer Liqasında XXI turun oyun cədvəli açıqlanıb. Fevralın 4-də start götürəcək turun görüşləri ayın 6-dək davam edəcək.

“Qəbələ” fevralın 5-də meydana çıxacaq. “Qırmızı-qaralar” səfərdə “Zirə” ilə qarşılaşacaq. Zirə İdman Kompleksinin stadionundakı görüşün start fiti saat 16:00-də veriləcək. 

Xatırladaq ki, matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Misli Premyer Liqası

XXI tur

5 fevral (bazar)

16:00. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu