«Zirə» - «Qəbələ» matçının vaxtı müəyyənləşdi
Xəbərlər / 17 Oktyabr 2023 | 11:011230
«Zirə» - «Qəbələ» matçının vaxtı müəyyənləşdi

Misli Premyer Liqasında XIII turun oyun cədvəli açıqlanıb. Noyabrın 10-da start götürəcək turun görüşləri ayın 12-dək davam edəcək.

“Qəbələ” noyabrın 12-də meydana çıxacaq. “Qırmızı-qaralar” səfərdə “Zirə” ilə qarşılaşacaq. Zirə İdman Kompleksinin stadionundakı görüşün start fiti saat 16:30-da veriləcək. 

Xatırladaq ki, matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Misli Premyer Liqası

XIII tur

12 noyabr (bazar)

16:30. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu