Azərbaycan Premyer Liqasında VII turun oyunları üçün bütün təyinatlar açıqlanıb. I dövrənin son oyunlarının hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Zirə” ilə səfər matçının da təyinatları bəlli olub. Oktyabrın 6-da keçiriləcək qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq. Ona Rahil Ramazanovla Pərvin Talıbov yardım edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Zirə İdman Kompleksinin stadionundakı oyunda Fariz Yusifov hakim-inspektor, Elgiz Abbasov AFFA nümayəndəsi olacaq.
Azərbaycan Premyer Liqası
VII tur
6 oktyabr (bazar)
18:00. “Zirə” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Orxan Məmmədov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu