«Zirə» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 27 Fevral 2020 | 11:18229
«Zirə» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XIX turun oyunları üçün bütün təyinatlar açıqlanıb. İki gün ərzində keçiriləcək oyunların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Zirə” ilə səfər matçının da təyinatları bəlli olub. Martın 1-də keçiriləcək qarşılaşmanın baş hakimi Orxan Məmmədov olacaq. Ona Elşad Abdullayevlə Vüqar Bayramov yardım edəcəklər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. Zirə İdman Kompleksinin stadionundakı oyunda Ceyhun Haşımov hakim-inspektor, Ramiz Mustafayev AFFA nümayəndəsi olacaq.

Xatırladaq ki, “Zirə” – “Qəbələ” matçı saat 15:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XIX tur

01 mart (bazar)

15:00. “Zirə” – “Qəbələ”

Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rəşad Əhmədov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Zirə İdman Kompleksinin stadionu