Azərbaycan Premyer Liqasında 2021-ci ilin ilk təyinatları açıqlanıb. XIV turun ilk oyun gününün matçlarının hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Zirə” ilə səfər görüşünün də təyinatları bəlli olub. Yanvarın 21-də keçiriləcək qarşılaşmanın baş hakimi Orxan Məmmədov olacaq. Ona Qəzənfər Məmmədov və Nahid Əliyev yardım edəcəklər. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Zirə İdman Kompleksinin stadionundakı oyunda Anar Salmanov hakim-inspektor, Aslan Şahgəldiyev AFFA nümayəndəsi olacaq.
Xatırladaq ki, “Zirə” – “Qəbələ” matçı saat 16:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XIV tur
21 yanvar (cümə axşamı)
16:00. “Zirə”– “Qəbələ”
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu