«Zirə» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 8 May 2021 | 11:25154
«Zirə» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XXVI turun son təyinatları açıqlanıb. Sabah keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Zirə” ilə səfər görüşünün də təyinatları bəlli olub. Bakıdakı qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq. Ona Akif Əmirəli və Zeynal Zeynalov yardım edəcəklər. Dördüncü hakim funksiyasını Rövşən Rəcəbov yerinə yetirəcək. Zirə İdman Kompleksinin stadionundakı oyunda Ramil Diniyev hakim-inspektor, İlham Əliyev AFFA nümayəndəsi olacaq.

Xatırladaq ki, “Zirə” – “Qəbələ” matçı saat 18:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XXVI tur

09 may (bazar)

18:00. “Zirə” –“Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: İlham Əliyev

Zirə İdman Kompleksinin stadionu