«Zirə» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 3 Dekabr 2021 | 16:49154
«Zirə» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XIII turun bütün təyinatları açıqlanıb. Sabah başlayacaq turun matçlarının hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Zirə” ilə səfər görüşünün də təyinatları bəlli olub. Bakıdakı qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayevlə Kamran Bayramov yardım edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. 

Xatırladaq ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Qəbələ” matçı saat 18:15-də başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XIII tur

5 dekabr (bazar)

18:15. “Zirə” – “Qəbələ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Zirə İdman Kompleksinin stadionu