Azərbaycan Premyer Liqasında XXV turun bütün təyinatları açıqlanıb. Bu gün start götürəcək turun matçlarının hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Zirə” ilə səfər görüşünün də təyinatları bəlli olub. Sabah keçiriləcək qarşılaşmanın baş hakimi Rəşad Əhmədov olacaq. Ona Eyyub İbrahimovla Müslüm Əliyev yardım edəcəklər. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.
Xatırladaq ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Qəbələ” matçı saat 17:45-də başlayacaq.
Azərbaycan Premyer Liqası
XXV tur
4 may (çərşənbə)
17:45. “Zirə” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Zirə İdman Kompleksinin stadionu