«Zirə» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 31 Avqust 2022 | 20:09123
«Zirə» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında V turun təyinatları açıqlanıb. Sabah start götürəcək turun matçlarının hakimləri və hakim-inspektorları müəyyənləşib. “Qəbələ”nin “Zirə” ilə səfər görüşünün də təyinatları bəlli olub. Sentyabrın 4-də keçiriləcək qarşılaşmanın baş hakimi Rauf Cabarov olacaq. Ona Cavanşir Yusifov və Müslüm Əliyev yardım edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək.

Xatırladaq ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Qəbələ” matçı saat 20:30-da başlayacaq.

 

Misli Premyer Liqası

V tur

4 sentyabr (bazar)

20:30. “Zirə” – “Qəbələ”

Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Anar Salmanov

Zirə İdman Kompleksinin stadionu