Misli Premyer Liqasında XXI turun təyinatları açıqlanıb. Sabah start götürəcək turun matçlarının hakimləri də müəyyənləşib. “Qəbələ”nin “Zirə” ilə səfər görüşünün də təyinatları bəlli olub. Fevralın 5-də keçiriləcək qarşılaşmanın baş hakimi Kamal Umudlu olacaq. Ona Namiq Hüseynov və Teymur Teymurov yardım edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək.
Xatırladaq ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Qəbələ” matçı saat 16:00-da başlayacaq.
Misli Premyer Liqası
XXI tur
05 fevral (bazar)
16:00. “Zirə” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Teymur Teymurov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə İdman Kompleksinin stadionu