Misli Premyer Liqasında XIII turun təyinatları açıqlanıb. Bu gün start götürəcək turun matçlarının hakimləri də müəyyənləşib. “Qəbələ”nin “Zirə” ilə səfər görüşünün də təyinatları bəlli olub.
Noyabrın 12-də keçiriləcək qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq. Ona Pərvin Talıbov və Kamran Bayramov yardım edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək.
Xatırladaq ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Qəbələ” matçı saat 16:30-da başlayacaq.
Misli Premyer Liqası
XIII tur
12 noyabr (bazar)
16:30. “Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə İdman Kompleksinin stadionu