Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunlarının təyinatları açıqlanıb. Bu gün start götürəcək mərhələnin matçlarının hakimləri də müəyyənləşib. “Qəbələ”nin “Zirə” ilə səfər görüşünün də təyinatları bəlli olub.
Sabah keçiriləcək qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq. Ona Namiq Hüseynov və Vüsal Məmmədov yardım edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Qəbələ” matçı saat 19:00-da başlayacaq.
Azərbaycan kuboku
1/2 final, ilk oyun
3 aprel (çərşənbə)
19:00. “Zirə” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu