“Zirə” - “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 19 Noyabr 2025 | 12:2215633
“Zirə” - “Qəbələ” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında II dövrənin ilk təyinatları açıqlanıb.

 

XII turun “Zirə” - “Qəbələ” oyununun da hakimləri və rəsmiləri bəlli olub. Qarşılaşmanın Elvin Bayramov idarə edəcək.

 

Rahil Ramazanov və Şirmamed Mamedov onun köməkçiləri, Əli Əliyev dördüncü hakim olacaq. Nicat İsmayıllı VAR, Vüsal Məmmədov AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Anar Salmanov, AFFA nümayəndəsi Yavər Rəhimov olacaq.

 

Qeyd edək ki, noyabrın 22-də Zirə İdman Kompleksinin stadionunda baş tutacaq matç saat 17:30-da başlayacaq.