Misli Premyer Liqasında XXX turun təyinatları açıqlanıb.
Mayın 3-də keçiriləcək “Zirə” – “Qəbələ” oyununun baş hakimi Elçin Məsiyev olacaq. Ona Pərvin Talıbov və Teymur Teymurov kömək edəcəklər.
Əkbər Əhmədov dördüncü hakim, Rəvan Həmzəzadə VAR, Cəmil Quliyev AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Ömər Paşayev, AFFA nümayəndəsi Zümrüd Ağayeva olacaq.
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq.