“Zirə” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 5 Noyabr 2026 | 12:2018
“Zirə” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XI turun təyinatları açıqlanıb.

 

Komandamızın “Zirə” ilə səfər matçının baş hakimi İnqilab Məmmədov olacaq. Ona Rahil Ramazanov və Gülnurə Əkbərzadə kömək edəcək.

 

Qarşılaşmada Rauf Cabarov dördüncü hakim, Kamranbəy Rəhimov VAR, Şirmamed Mamedov AVAR funksiyasını yerinə yetirəcək. Ömər Paşayev görüşün hakim-inspektoru, Seymur Səlimli AFFA nümayəndəsi olacaq.

 

Qeyd edək ki, noyabrın 7-də Zirə İdman Kompleksinin stadionunda baş tutacaq matç saat 18:30-da başlayacaq.