«Zirə» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 19 Fevral 2020 | 14:30225
«Zirə» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XIX turun oyun cədvəli açıqlanıb. İki gün ərzində keçiriləcək matçlarının yeri və vaxtı müəyyənləşib. “Qəbələ” martın 1-də “Zirə” ilə qarşılaşacaq. Komandamızın səfər görüşü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Qarşılaşma saat 15:00-da başlayacaq. Matç “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

 

Azərbaycan Premyer Liqası

XIX tur

1 mart (bazar)

15:00. “Zirə” – “Qəbələ”

Zirə İdman Kompleksinin stadionu