«Zirə» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 5 Yanvar 2021 | 14:25196
«Zirə» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XIV turun oyun cədvəli açıqlanıb. İki gün ərzində keçiriləcək matçların yeri və vaxtı müəyyənləşib. “Qəbələ” 2021-ci ildə ilk rəsmi oyununu yanvarın 21-də “Zirə”yə qarşı keçirəcək. Komandamızın səfər görüşü Zirə İdman Kompleksinin stadionunda baş tutacaq. Qarşılaşma saat 16:00-da başlayacaq. Matç Peşəkar Futbol Liqasının saytında canlı yayımlanacaq. 

 

Azərbaycan Premyer Liqası

XIV tur

21 yanvar (cümə axşamı)

16:00. “Zirə” – “Qəbələ”

Zirə İdman Kompleksinin stadionu