«Zirə» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 30 Aprel 2021 | 14:28135
«Zirə» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XXVI turun oyun cədvəli açıqlanıb. İki gün ərzində keçiriləcək matçların yeri və vaxtı müəyyənləşib. “Qəbələ” mayın 9-da “Zirə” ilə görüşəcək. “Qırmızı-qaralar”ın səfər görüşü Zirə İdman Kompleksinin stadionunda baş tutacaq. Qarşılaşma saat 18:00-da başlayacaq. Matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Azərbaycan Premyer Liqası

XXVI tur

9 may (bazar)

18:00. “Zirə” –“Qəbələ”

 Zirə İdman Kompleksinin stadionu