«Zirə» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 25 Noyabr 2021 | 17:46175
«Zirə» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XIII turun oyun cədvəli açıqlanıb. İki gün ərzində keçiriləcək matçların yeri və vaxtı müəyyənləşib. “Qəbələ” dekabrın 5-də “Zirə” ilə görüşəcək. “Qırmızı-qaralar”ın səfər görüşü Zirə İdman Kompleksinin stadionunda baş tutacaq. Qarşılaşma saat 18:15-də başlayacaq. Matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Azərbaycan Premyer Liqası

XIII tur

5 dekabr (bazar)

18:15. “Zirə” – “Qəbələ”

Zirə İdman Kompleksinin stadionu