«Zirə» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 26 Avqust 2022 | 17:20179
«Zirə» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi

Misli Premyer Liqasında V turun oyun cədvəli açıqlanıb. Sentyabrın 1-də start götürəcək turun görüşləri ayın 4-dək davam edəcək.

“Qəbələ” ayın 4-də meydana çıxacaq. “Qırmızı-qaralar” səfərdə “Zirə” ilə qarşılaşacaq. Zirə İdman Kompleksinin stadionundakı görüşün start fiti saat 20:30-də veriləcək. 

Xatırladaq ki, matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

 

Misli Premyer Liqası

V tur

4 sentyabr (bazar)

20:30. “Zirə” – “Qəbələ”

Zirə İdman Kompleksinin stadionu