Misli Premyer Liqasının V turunun “Zirə” – “Qəbələ” oyununun yeri dəyişdirilib. Bu barədə qərar “Zirə” futbol klubunun Peşəkar Futbol Liqasına rəsmi məktubuna əsasən verilib. Sabah keçiriləcək qarşılaşma “Dalğa Arena”da təşkil olunacaq.
Bakı klubu ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün son yoxlamalar zamanı yararsız vəziyyətdə olması üzündən matçın yerinin dəyişdirilməsini xahiş edib. Stadionun vəziyyətini, “Zirə” klubunun rəsmi müraciətini nəzərə alan PFL V turun “Zirə” – “Qəbələ” görüşünün “Dalğa Arena”da keçirilməsinə qərar verib. Məsələ ilə bağlı “Qəbələ” İdman Klubu və görüşün keçirilməsinə cavabdeh olan digər qurumlar məlumatlandırılıb.
Misli Premyer Liqası
V tur
4 sentyabr (bazar)
20:30. “Zirə” – “Qəbələ”
“Dalğa Arena”