Avropa kubokunda bürünc medal
Xəbərlər / 14 Aprel 2024 | 23:36743
Avropa kubokunda bürünc medal

Azərbaycan milli komandasının və “Qəbələ” İdman klubunun cüdoçusu Mehdi Abbasov növbəti uğuruna imza atıb. İdmançımız Almaniyanın paytaxtı Berlində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda fərqlənib.

 

O, yarışda 81 kq çəkidə çıxış edib. Abbasov bürünc medal qazanaraq turniri fəxri kürsüdə başa vurub.

 

Qeyd edək ki, turnirdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanan Azərbaycan yığması komanda hesabında 1-ci yeri tutub.