“Gərginliyin olması başadüşüləndir”
Xəbərlər / 20 Aprel 2024 | 19:04738
“Gərginliyin olması başadüşüləndir”

Misli Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Qəbələ” oyunundan (2:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis matç barədə fikirlərini bildirib:

 

“Müsbət məqamla başlayım ki, oyunu uduzmadıq. Matçın daha bir müsbət tərəfi isə hesabda geri olduğumuz görüşdə məğlub olmadıq. Amma təəssüf ki, çox sayda sadə səhvlər oldu. “Qarabağ”la oynayanda gərginliyin olması başadüşüləndir. Çünki belə bir səviyyəli kluba qarşı oynayırdıq. Buna görə çox adi top itkilərini yol verirdik. Əgər bir az da diqqətli oynaya bilsəydik, oyunumuz da daha yaxşı olardı. Futbolçulara görülən işə görə təşəkkür edirəm. İndi qarşıda ilin ən vacib oyunu olacaq. Hər şeyi kənara qoyub ayın 24-də keçiriləcək həmin matça hazırlaşmalıyıq”.