“Qarabağ” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 19 Aprel 2024 | 11:31604
“Qarabağ” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XXXI turun oyunlarının təyinatları açıqlanıb. Bu gün start götürəcək turun matçlarının hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. 

 

“Qarabağ” – “Qəbələ” qarşılaşmasını Fərid Hacıyev idarə edəcək. Sabah keçiriləcək görüşdə baş hakimin köməkçiləri Pərvin Talıbov və Rəhman İmami olacaqlar. Dördüncü hakim funksiyası Kamranbəy Rəhimova tapşırılıb. 

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 16:30-da başlayacaq.

 

Misli Premyer Liqası

XXXI tur

20 aprel (şənbə)

16:30. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Asif Əliyev

Tofiq Bəhramov adına Respublika Stadionu