“Qəbələ-2”dən ev qələbəsi
Xəbərlər / 14 Aprel 2024 | 17:48761
“Qəbələ-2”dən ev qələbəsi

“Qəbələ-2” - “Turan Tovuz -2” - 3:1

14 aprel 2024. Saat 15:00. Qəbələ şəhər stadionu (ehtiyat meydança). 40 tamaşaçı

Baş hakim: Murad Səlimov

Baş hakimin köməkçiləri: Taleh Məmmədov, Qəzənfər Məmmədov

Dördüncü hakim: Vüqar Alıyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

Sarı vərəqələr: Fərid İsgəndərov, 14 (qeyri-idman hərəkəti); Elnur İbragimov, 38 (qeyri-idman hərəkəti); İbrahim Ramazanov, 41 (qeyri-idman hərəkəti); Namiq Şamilov, 90+2 (qeyri-idman hərəkəti) // Raul Məmmədov, 7 (qeyri-idman hərəkəti); Tofiq Nəsibov, 10 (qeyri-idman hərəkəti); Sənan Aslanov, 18 (qeyri-idman hərəkəti)

Qollar: Mehrac Baxşalı, 25; Sənan Ağalarov, 30; Ayxan Abbaszadə, 61 (ö.q.) // Sənan Aslanov, 40 (p.)

Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.

 

“Qəbələ-2” növbəti oyununu keçirib. “Qırmızı-qaralar” Əvəzedicilər liqasının 30-cu turunda meydana çıxıb. Famil Xəlilovun yetirmələri “Turan-Tovuz-2” ilə qarşılaşıb. Görüş Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilib.

 

Qarşılaşma komandamızın üstünlüyü ilə keçib. Ardıcıl hücumlar quran “qırmızı-qaralar” qonaqların müqavimətini oyunun ortalarında qırıb. Öncə Mehrac Baxşalı, ardınca Sənan Ağalarov qol sevinci yaşayıblar. Fasilə ərəfəsində rəqib toplardan birinin əvəzini çıxa bilib.

 

2-ci hissədə də hücumlarını davam etdirən komandamız daha bir qol vurub. Bu dəfə rəqib avtoqolun müəllifi olub. Beləliklə komandamız ev oyununda 3:1 hesablı qələbə qazanıb. Bununlada “Qəbələ-2” 30 turdan sonra xal hesabını 69-a çatdırıb. Komandamız turnir cədvəlində 2-ci pillədə qərarlaşıb

 

 

“Qəbələ-2”

 

36. Elməddin Sultanov

33. Hüseyn Mürsəlov

(90. Kənan Baxışov, 73)

18. Mehrac Baxşalı

71. Sənan Ağalarov

(23. Xəyyam Məmmədli, 73)

22. Fərid İsgəndərov (k)

53. Elnur İbragimov

66. Nuğay Rəşidov

(44. Ravil Qafarov, 55)

21. Bilal İsmayılov

(16. Namiq Şamilov, 62)

97. Emil Süleymanov

25. İbrahim Ramazanov

27. Eşqin Əhmədov

 

Ehtiyat oyunçular:

 

74. İslam Abduləzizov

 

Baş məşqçi: Famil Xəlilov

 

“Turan Tovuz-2”

 

66. Ayxan Abbaszadə

44. Tofiq Nəsibov

(87. Fərid Cəfərov, 79)

70. Məzahir Məmmədzadə (k)

71. Sənan Aslanov

(95. Məhəmməd Abbasov, 79)

55. Raul Məmmədov

27. Murad Dadaşev

(91. Nihat Qurbanzadə, 70)

57. Cavid Qasımov

42. İsmayıl İsmayılov

(49. Rəvan Abasov, 46)

97. Sadiq Şəfiyev

83. Hüseyn Hüseynov

96. Arzu Mədətov

(82. Dinamin Bağırov, 79)

 

Ehtiyat oyunçular:

 

12. Elxan Qasımov

65. Elmar Əzizov

90. Rəşad Əliyev

92. Asad Asadov

 

Baş məşqçi: Nizami Ocaqverdiyev