“Qəbələ-2”dən səfər qələbəsi
Xəbərlər / 21 Aprel 2024 | 18:06597
“Qəbələ-2”dən səfər qələbəsi

“Qarabağ-2” - “Qəbələ-2” – 1:2

21 aprel 2024. Saat 16:00. Binə qəsəbə stadionu. 100 tamaşaçı

Baş hakim: Vüqar Həsənli

Baş hakimin köməkçiləri: Asif Abdullayev, Samir Qaracayev

Dördüncü hakim: Xalid Quliyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

Sarı vərəqələr: İlham Hüseynov, 88 (qeyri-idman hərəkəti) // Nuğay Rəşidov, 61 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Nihad Əliyev, 8 (rəqibi aşkar qol imkanından məhrum etmək)

Qollar: İbrahim Camalov, 61 (p.) // Eşqin Əhmədov, 43; İlkin Budaqov, 79

Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 5 dəq.

 

“Qəbələ-2” növbəti matçımı keçirib. Komandamız Əvəzedicilər liqasının XXXI turunda “Qarabağ-2”nin qonağı olub. Görüş Binə qəsəbə stadionunda baş tutub.

 

“Qırmızı-qaralar” ilk hissənin sonlarında hesabı açıb. Eşqin Əhmədov meydan sahiblərinin qapısına yol tapıb.

 

Ağdam təmsilçisi ikinci 45 dəqiqənin ortalarında hesaba tarazlıq gətirib. Famil Xəlilovun yetirmələri qarşılaşmanın sonlarında qələbə qolunu vurmağa müvəffəq olublar. İlkin Budaqov qol sevinci yaşayıb – 2:1. Beləliklə, “Qəbələ-2” səfərdən üç xalla ayrılıb.

 

Qeyd edək ki, 31 matçda 72 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

 

“Qarabağ-2”

 

71. Qurban Məhərrəmov (k)

62. Nurlan Şabanov

(70. Cəfər Həsənov, 85)

92. İbrahim Camalov

(39. Eltun Babazadə, 74)

25. Nihad Həsənzadə

93. Əşrəf Zeynallı

45. Nihad Mollayev

79. Mirmövsüm Caniyev

(34. Rüstəm Əlizadə, 58)

33. Uğur Səfərov

91. Elton Mikayılov

(80. İlham Hüseynov, 58)

76. Nihad Əliyev

75. Emil Binyətzadə

(40. Ömər Məmmədzadə, 58)

 

Ehtiyat oyunçular:

 

41. Emin İsgəndərli

74. Səbuhi Niftiyev

32. Hikmət Cəbrayılzadə

 

Məşqçi:  Vüsal Rüstəmov

 

“Qəbələ-2”

 

36. Elməddin Sultanov

33. Hüseyn Mürsəlov

18. Mehrac Baxşalı

71. Sənan Ağalarov

22. Fərid İsgəndərov (k)

66. Nuğay Rəşidov

21. Bilal İsmayılov

(70. Qədir Ramazanov, 68)

97. Emil Süleymanov

(78. İlkin Budaqov, 68)

77. Okan Təhməzli

(23. Xəyyam Məmmədli, 58)

44. Ravil Qafarov

27. Eşqin Əhmədov

(16. Namiq Şamilov, 54)

 

Ehtiyat oyunçular:

 

74. İslam Abduləzizov

 

Baş məşqçi: Famil Xəlilov