“Qəbələ”dən məhsuldar heç-heçə
Xəbərlər / 20 Aprel 2024 | 18:41601
“Qəbələ”dən məhsuldar heç-heçə

“Qarabağ" – "Qəbələ" - 2:2

20 aprel 2024. Saat 16:30. Tofiq Bəhramov adına Respublika Stadionu, 700 tamaşaçı

Baş hakim: Fərid Hacıyev

Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Rəhman İmami

Dördüncü hakim: Kamranbəy Rəhimov

VAR: Tural Qurbanov

AVAR: Rəvan Həmzəzadə

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Asif Əliyev

Sarı vərəqələr: Kevin Medina, 35 (qeyri-idman hərəkəti); Abbas Hüseynov, 88 (qeyri-idman hərəkəti) // Zurab Oçiqava, 61 (qeyri-idman hərəkəti)

Qollar: Yassin Benzia, 66; Abdullah Zubir, 71 // Bilel Auaşeriya, 19; Yaovi Akakpo, 84

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

 

Misli Premyer Liqasının XXXI turunun ikinci oyun gününə start verilib. “Qəbələ” səfərdə “Qarabağ”la qarşılaşıb.

 

Görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Matça meydan sahibləri fəal başlasalar da, Kaxaber Tsxadadzenin yetirmələri müdafiədə etibarlı oynayıb. Rəqibin hücumlarının önünü inamla alan “qırmızı-qaralar” ilk yarının ortalarında hesabı açıb.

 

Əyyub Allaşın ötürməsindən sonra Bilel Auaşeriya dəqiq zərbə endirib – 1:0. Arxa xətdə səhvsiz oynayan komandamız fasiləyədək üstünlüyünü qoruya bilib.

 

İkinci hissə də eyni ssenari ilə keçib. Rəqib hissənin ortalarında iki qol vurmağı bacarıb. Matçın sonları qarşılıqlı hücumlarla keçib. Belə həmlələrin birində meydana sonradan daxil olan Yaovi Akakpo hesaba tarazlıq gətirib – 2:2. Meydan sahiblərinin fərqlənməsinə imkan verməyən komandamız son dəqiqələrdə qələbə qolunu vurmağa yaxın olsa da, hesab dəyişməz qalıb.

 

Beləliklə, “Qəbələ” məhsuldar keçən sərər oyunundan bir xalla ayrılıb – 2:2. Komandamız növbəti görüşünü aprelin 24-də keçirəcək. Azərbaycan kubokunun 1/2 final mərhələsinin evdəki cavab görüşündə rəqib “Zirə” olacaq.

 

“Qarabağ”

23. Luka Quqeşaşvili

30. Abbas Hüseynov

24. Aleksey İsayev

27. Toral Bayramov

90. Nəriman Axundzadə

(18. Olavio Juninyo, 82)

81. Kevin Medina (k)

66. Patrik Andrade

17. Hamidu Keyta

(10. Abdullah Zubir, 65)

11. Adama Diakabi

(15. Leandro Andrade, 65)

2. Mateus Silva

(55. Bədavi Hüseynov, 82)

19. Redon Cica

(7. Yassin Benzia, 65)

 

Ehtiyat oyunçular:

 

99. Andrey Lunyov

20. Riçard Almeyda

5. Maksim Medvedev

44. Elvin Cəfərquliyev

29. Marko Veşoviç

8. Marko Yankoviç

6. Julio Romao

 

Baş məşqçi: Qurban Qurbanov

 

“Qəbələ”

1. Rəşad Əzizli

34. Urfan Abbasov (k)

28. Murad Musayev

5. Rauf Hüseynli

(12. Nicat Əliyev, 76)

7. Emil Səfərov

30. Şahin Şahniyarov

(11. Asif Məmmədov, 70)

20. Bilel Auaşeriya

(17. Yaovi Akakpo, 84)

4. Lukas Afriko

(2. İlkin Qırtımov, 46)

3. Zurab Oçiqava

19. Samuel Tetteh

(72. Osama Xalayla, 46)

9. Əyyub Allaş

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

71. Sənan Ağalarov

25. İbrahim Ramazanov

77. Okan Təhməzli

27. Eşqin Əhmədov

99. Ahmed Ayzaya

 

Baş məşqçi: Kaxaber Tsxadadze