“Qəbələ” – “Sabah” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 10 May 2024 | 11:06579
“Qəbələ” – “Sabah” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XXXIV turun təyinatları açıqlanıb. Mayın 10-12-də keçiriləcək matçların hakimləri müəyyənləşib.

 

“Qəbələ”nin “Sabah”la turun son günündə keçiriləcək qarşılaşmasının da təyinatları bəlli olub. “Qırmızı-qaralar”ın ev matçını Elçin Məsiyev idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. 

 

 

Qeyd edək ki, mayın 12-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Sabah” qarşılaşması saat 17:00-da başlayacaq.

 

Misli Premyer Liqası

XXXIV tur

12 may (bazar)

17:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu