“Qəbələ” - “Turan Tovuz”: 9-cu duel
Xəbərlər / 11 Aprel 2024 | 09:32882
“Qəbələ” - “Turan Tovuz”: 9-cu duel

Bu həftə Misli Premyer Liqasında XXX turun oyunları keçiriləcək. “Qəbələ” turun ikinci oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” “Turan Tovuz”la qarşılaşacaq. 

 

Aprelin 13-də baş tutacaq görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Bu matç iki komanda arasında 9-cu duel olacaq. Rəqiblər bunadək 7 dəfə çempionat və 1 dəfə kubokda üz-üzə gəliblər. 

 

Əvvəlki qarşılaşmalarda “qırmızı-qaralar” üstünlüyə malikdir. Hesabında 3 qələbə olan “Qəbələ” 3 heç-heçə edib və 2 dəfə uduzub. 13 qol vuran komandamız 7 top buraxıb. Bilel Auaşeriya 4, Rafael Utziq və Osama Xalayla 2 dəfə “Turan Tovuz”un qapısına qol vurub.

 

Çempionatdakı 7 qarşılaşmada həm “Qəbələ”, həm rəqib 2 dəfə qalib gəlib. Üç görüşdə heç-heçə qeydə alınıb. 11 qol vuran komandamız 7 top buraxıb.

 

Dördüncü dəfə rəqibini qonaq edəcək “qırmızı-qaralar” ev oyunlarında 1 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə məğlub olub. Öz meydanında 5 qol vuran komandamız 2i top buraxıb.

 

Qeyd edək ki, aprelin 13-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Turan Tovuz” oyunu saat 16:30-da başlayacaq.

 

2020/21 mövsümü

25.01.2021. Azərbaycan kuboku. Turan Tovuz - Qəbələ - 0:2

Stefan Vukçeviç, 32; Ceyms Adeniyi, 45+1

 

2022/23 mövsümü

08.08.2022. Premyer Liqa . Turan Tovuz - Qəbələ - 0:2

İsnik Alimi, 58 (p.); Rafael Utziq, 63

24.12.2022. Premyer Liqa. Qəbələ - Turan Tovuz - 0:0

11.03.2023. Premyer Liqa. Turan Tovuz - Qəbələ - 1:1

Runi Eva, 19 (p.) // Felipe Santos, 39

13.05.2023. Premyer Liqa. Qəbələ - Turan Tovuz - 1:2

Rafael Utziq, 66 // Sadiq Quliyev, 54; Xulu Siyanda, 90+5

 

2023/24 mövsümü

17.09.2023. Premyer Liqa. Turan Tovuz – Qəbələ – 2:2

Fərid Nəbiyev, 56; Belajdi Pusi, 59 // Osama Xalayla, 71, 78 (p.)

25.11.2023. Premyer Liqa. Qəbələ - Turan Tovuz – 4:0

Bilel Auaşeriya, 42, 49, 85; Samuel Tetteh, 53

13.02.2024. Premyer Liqa. Turan Tovuz – Qəbələ – 2:1

Aleks Souza, 43; Ayxan Quseynov, 53 // Bilel Auaşeriya, 77