“Qəbələ” – “Turan Tovuz” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 12 Aprel 2024 | 08:22818
“Qəbələ” – “Turan Tovuz” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XXX turun təyinatları açıqlanıb. Aprelin 12-14-də keçiriləcək matçların hakimləri də müəyyənləşib. “Qəbələ”nin “Turan Tovuz”la qarşılaşmasının da təyinatları bəlli olub. 

 

Turun ikinci günündə ev görüşünə çıxacaq “qırmızı-qaralar”ın matçını Rauf Cabarov idarə edəcək. Onun köməkçiləri Rahil Ramazanov və Şirmamed Mamedov olacaq. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək.

 

Qeyd edək ki, aprelin 13-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Turan Tovuz” qarşılaşması saat 16:30-da başlayacaq.

 

Misli Premyer Liqası

13 aprel (şənbə)

XXX tur

16:30. "Qəbələ" – "Turan Tovuz"

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

Qəbələ şəhər stadionu