Sağlamlıq bülleteni
Xəbərlər / 23 Aprel 2024 | 21:01513
Sağlamlıq bülleteni

“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ” Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Zirə” ilə evdə keçiriləcək cavab oyununun hazırlıq prosesini başa vurub. 

 

Zədəli olan iki futbolçu komandanın məşqində iştirak etməyib. Ülvi İsgəndərov və Samuel Tetteh hazırlığa qatılmayıblar.

 

Qeyd edək ki, aprelin 24-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Zirə” qarşılaşması saat 17:00-da başlayacaq.