U-16-dan böyükhesablı qələbə
Xəbərlər / 23 Aprel 2024 | 12:07512
U-16-dan böyükhesablı qələbə

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. U-16 evdə “Səbail”i 5 cavabsız qolla məğlub edib. 24 matçda 32 xal toplayan komandamız turnir cədvəlində 8-cidir.

 

“Turan Tovuz”u qəbul edən U-15 qələbə qazanıb – 2:0. Keçirdiyi 26 görüşdə 49 xal yığan komandamız 6-cı pillədə qərarlaşıb.

 

U-14 Qarabağ və Qərb regionunun pley-off mərhələsində növbəti sınağına çıxıb. “Ulduz”la qarşılaşan U-14 10:0 hesablı qələbə qazanıb. Beş oyunda 13 xal toplayan “qırmızı-qaralar” 1-ci pillədədir.

 

Şimal-Qərb və Qarabağ regionunun pley-offunda çıxış edən U-13 "Ulduz”un qapısından 10 cavabsız top keçirib. Komandamız 5 oyunun hamısında qələbə qazanmaqla zirvədə qərarlaşıb.