U-19-dan ev, U-15-dən səfər qələbəsi
Xəbərlər / 15 Aprel 2024 | 22:04692
U-19-dan ev, U-15-dən səfər qələbəsi

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. Gənclər Liqasında mübarizə aparan U-19 “Neftçi”ni qəbul edib. Komandamız 1:0 hesablı qələbə qazanıb. 25 oyunda 54 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlində 3-cüdür.

 

“Səbail”in qonağı olan U-15 paytaxtdan üç xalla dönüb – 2:1. 25 matçda 46 xal toplayan komandamız 6-cı pillədə qərarlaşıb. Şimal-Qərb və Qarabağ regionunda pley-off mərhələsində “Turan Tovuz”la üz-üzə gələn U-14 məhsuldar sülhə imza atıb – 2:2. Dörd turda 10 xal yığan komandamız 1-ci yerdədir.