MƏLUMAT
Xəbərlər / 19 Aprel 2024 | 12:47662
MƏLUMAT

“Qəbələ” İdman Klubu israilli futbolçu Feras Abu Akalla yollarını ayırıb. 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

2022-ci ilin iyulundan komandamızda çıxış edən legioner “qırmızı-qara” formada keçirdiyi 47 matçda 3 qol vurub. Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib. 

 

“Qəbələ” İdman Klubu Feras Abu Akala gələcək karyerasında uğurlar arzulayır.