Qəbələdə bir qol
Xəbərlər / 28 Aprel 2024 | 17:25758
Qəbələdə bir qol

“Qəbələ” – “Kəpəz” – 0:1

28 aprel 2024. Saat 15:30. Qəbələ şəhər stadionu, 250 tamaşaçı

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov

Dördüncü hakim: Fərid Hacıyev

VAR: Elçin Məsiyev

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Sarı vərəqələr: Zurab Oçiqava, 6 (qeyri-idman hərəkəti); Rauf Hüseynli, 15 (qeyri-idman hərəkəti); Asif Məmmədov, 73 (qeyri-idman hərəkəti); Şahin Şahniyarov, 82 (qeyri-idman hərəkəti) // Camal Cəfərov, 51 (qeyri-idman hərəkəti); İqor Rodriqes, 89 (oyunun bərpasının ləngidilməsi)

Qol: Martins Junior, 7

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

 

“Qəbələ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXXII turunun ikinci günündə meydana çıxıb. “Qırmızı-qaralar” “Kəpəz”lə görüşüb.

 

Matç Qəbələ şəhər stadionunda baş tutub. Görüş qarşılıqlı hücumlarla başlayıb. Belə həmlələrin birində qonaqlar erkən qolla hesabı açıblar.

 

“Qəbələ” bərabərlik qolu üçün irəli atılıb. Çoxsaylı hücumlar quran komandamız dəfələrlə rəqib qapısına yol tapmağa yaxın olub. Lakin futbolçularımızın son zərbələri dəqiq alınmayıb. Təkcə Əyyub Allaş iki real imkandan yararlana bilməyib. Rəqibin hücumlarının önünü isə müdafiəçilərimiz inamla alıblar.

 

İkinci hissə də oxşar ssenari ilə keçib. Komandamız ardıcıl hücumlar təşkil edib. Komandamız qol vurmaq üçün real imkanlar da yaradıb. Amma “qırmızı-qaralar” hesabı dəyişməyə nail olmayıb. Beləliklə, bir qolun vurulduğu matçda qonaq komanda üç xal qazanıb.

 

Qeyd edək ki, “Qəbələ” növbəti oyununu mayın 6-da “Səbail”ə qarşı keçirəcək. Misli Premyer Liqasının XXXIII turunun “ASCO Arena”dakı matçı saat 19:00-da başlayacaq.

 

“Qəbələ”

13. Kristof Atanqana

11. Asif Məmmədov (k)

34. Urfan Abbasov

28. Murad Musayev

5. Rauf Hüseynli

(17. Yaovi Akakpo, 32)

12. Nicat Əliyev

7. Emil Səfərov

(30. Şahin Şahniyarov, 46)

20. Bilel Auaşeriya

(71. Sənan Ağalarov, 82)

10. Klesio Bauk

(27. Eşqin Əhmədov, 77)

3. Zurab Oçiqava

9. Əyyub Allaş

(72. Osama Xalayla, 46)

 

Ehtiyat oyunçular:

 

1. Rəşad Əzizli

36. Elməddin Sultanov

2. İlkin Qırtımov

97. Emil Süleymanov

25. İbrahim Ramazanov

77. Okan Təhməzli

 

Baş məşqçi: Kaxaber Tsxadadze

 

“Kəpəz”

96. İqor Rodriqes

14. Elçin Əlicanov

8. Elmir Tağıyev

(99. Əli Səmədov, 62)

88. Şakir Seyidov

33. Camal Cəfərov

15. Cavad Kərimov

(26. Adama Niane, 62)

91. Latir Fal

(7. Ehtiram Şahverdiyev, 84)

9. Mate Kvirkviya

(10. Tural Rzayev, 84)

78. Yeqor Xvalko (k)

24. Olavale Onanuqa

21. Martins Junior

(22. Rüfət Əhmədov, 69)

 

Ehtiyat oyunçular:

 

12. Kamran İbrahimov

18. Elgün Bayramov

3. Vurğun Hüseynov

47. Ədilxan Qarəhmədov

6. Nemət Musayev

13. Fərid Kələntərov

 

Baş məşqçi: Adil Şükürov