“Qəbələ” – “Araz-Naxçıvan” oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 8 May 2024 | 17:48634
“Qəbələ” – “Araz-Naxçıvan” oyununun vaxtı müəyyənləşdi

Misli Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb. Mayın 17-19-da keçiriləcək turun qarşılaşmalarının vaxtı və yeri dəqiqləşib. 

 

“Qəbələ”nin “Araz-Naxçıvan”la ev oyununun da vaxtı bəlli olub. Turun son günündə baş tutacaq görüş saat 16:00-da başlayacaq. Matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Misli Premyer Liqası

XXXV tur

19 may (bazar)

16:00. “Qəbələ” – “Araz-Naxçıvan”

Qəbələ şəhər stadionu