...«Vorskla» qələbəsi ilə bitirdi - Fotoreportaj
Oyun icmalı / 17 Yanvar 2015 | 18:24886
...«Vorskla» qələbəsi ilə bitirdi - Fotoreportaj

"Qəbələ" - "Vorskla" - 2:1
Qol: R.Fomin, 47 . C.Hüseynov, 86 - Siçkaruk, 40.

Günə "Adanaspor" qələbəsi ilə başlayan "Qəbələ" ikinci yoxlama oyununda Ukrayna təmsilçisi "Vorskla" ilə qarşılaşıb. "Qəbələ" matçda aşağıdakı heyətlə mübarizə aparıb:

30. Anar Nəzirov (22. Dmitri Bezotosnı)
34. Ürfan Abbasov
44. Rafael Santos (5. Sadiq Quliyev)
15. Ruslan Abışov
16. Ruslan Tağızadə
4. Elvin Camalov (25. Adrian Ropotan)
19. Aleksey Qay
6. Rəşad Sadiqov
14. Cavid Hüseynov
27. Bəxtiyar Soltanov
18. Ruslan Fomin (9. Viktor Mendi)

İlk hissə əsasən tərəflərin diqqətli oyunu ilə yadda qalıb. 40-cı dəqiqədə Ukrayna təmsilçisi hesabı açmağa müvəffəq olub. Siçkaruk fəqrlənib. İkinci yarıda diqtə edən tərəf "Qəbələ" olub. Hissəyə təzyiqlə başlayan "qırmızı-qaralar" 47-ci dəqiqədə bərabərlik qolunu vurublar. Ruslan Fomin "Qəbələ" forması ilə ilk qoluna imza atıb. Hücumlarını səngitməyən "Qəbələ" ard-arda bir neçə əlverişli epizod yaxalasa da, yalnız 86-cı dəqiqədə hesabı artırmağı bacarıb. Cavid Hüseynov ukraynalıları meydançanın mərkəzinə dəvət edib. Bu matçda vurulan son qol olub və "Qəbələ" günün ikinci oyunundan da qələbə ilə ayrılıb.