Ardıcıl 3-cü qələbə
Oyun icmalı / 8 Mart 2015 | 16:501289
Ardıcıl 3-cü qələbə

“Qəbələ” – “Sumqayıt” - 2:0
8 mart 2015. Saat 18:00. Qəbələ şəhər stadionu, 300 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vüqar Bayramov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev
Dördüncü hakim: Rza Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Ürfan Abbasov, 45 (qeyri-idman hərəkəti); Elvin Camalov, 51 (qeyri-idman hərəkəti); Cavid Hüseynov, 51 (qeyri-idman hərəkəti); Bəxtiyar Soltanov, 59 (qeyri-idman hərəkəti); Ruslan Fomin, 70 (qeyri-idman hərəkəti) // Bəxtiyar Həsənalızadə, 14 (qeyri-idman hərəkəti)
Qollar: Viktor Mendi, 23, 34
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.
Bu gün Topaz Premyer Liqasında XXV turun oyunları keçirilib. “Qəbələ” eyni gündə keçirilən turun son matçında “Sumqayıt”ı qəbul edib. Bundan əvvəlki oyunda – kubok qarşılaşmasında “Simurq”a məğlub olan “qırmızı-qaralar”ın start heyətində bir neçə dəyişiklik edilib. Mixail Sivakov, həmçinin zədələrini sağaldan Rəşad Sadiqovla Cavid Hüseynov yenidən “11-lik”də yer alıb. Ruslan Tağızadənin ehtiyat oyunçular skamyasında başladığı matçı Dodo zədə, Ruslan Abışov cəzalı duruma düşməsi üzündən buraxıb. Sonuncunun yoxluğunda kapitan sarğısı Hüseynovda olub.
Qarşılıqlı hücumlarla başlayan ilk hissənin birinci yarısında komandalar real qol vəziyyəti yarada bilməyib. Cavid Hüseynovun cərimə zərbəsi daha yaddaqalan olub. “Qəbələ” üstünlüyü ələ aldıqdan sonra bunu qola çevirə bilib. Belə ki, hesab 23-cü dəqiqədə açılıb. Cavidin sol cinahdan yerinə yetirdiyi künc zərbəsindən sonra Ürfan Abbasovun başla ötürməsini Viktor Mendi tamamlayıb – 1:0. Seneqallı dəqiq baş zərbəsi vurarkən Aleksey Qayla toqquşub. Az keçməmiş Mendinin ötürməsindən sonra mərkəzlə irəliləyən Ekiqo Ehiosun qapıçı ilə üz-üzə qalıb. Lakin qonaqların qapıçısı qola imkan verməyib. 32-ci dəqiqədə isə rəqibimizin bəxti gətirdi. Qaydan ötürmə alıb, soldan qapıçı meydanınadək irəliləyən Ekiqonun mərkəzə ötürməsini Mendi tamamlaya bilməsə də, özünü yetirən Sadiqov qapını nişan alıb. Lakin yarımmüdafiəçinin çərçivəyə düşməsinə müdafiəçi mane olub. Artıq 34-cü dəqiqədə Mendi dublunu rəsmiləşdirib. Oyunun ən fəallarından olan Cavid bu dəfə sağdan irəliləyib seneqallını qapıçı ilə təkbətək çıxarıb. “Qəbələ”nin tarixinin ən məhsuldar oyunçusu bu imkanı qaçırmayıb – 2:0.
İkinci hissənin əvvəli bərabər mübarizə şəraitində keçib. Qapılar önündə bir neçə təhlükəli epizod yaransa da, ən yaddaqalan vəziyyət “Qəbələ”dən gəlib. Ekiqo rəqib qapıçı ilə üz-üzə qalsa da, hakim təhlükəli oyun qeydə alıb. Sumqayıtın eyniadlı təmsilçisi fərqi atılmaq üçün irəli atılıb. Lakin müdafiədə etibarlı oynayan komandamızın əks-hücumları da təhlükəli alınıb. Matçın sonlarına yaxın qapı önünə ötürməni tamamlayan olmayıb. “Qəbələ”nin yeni oyunçusu Rikardinyo da bu qarşılaşmada debüt şansı qazanıb. Ardıcıl üçüncü çempionat oyununda qələbə qazanan “qırmızı-qaralar” turnir cədvəlində daha bir pillə irəliləyib, 4-cü pillədə qərarlaşıb.

“Qəbələ”
22. Dmitri Bezotosnı
4. Elvin Camalov
6. Rəşad Sadiqov
(16. Ruslan Tağızadə, 90+1)
9. Viktor Mendi
(18. Ruslan Fomin, 70)
14. Cavid Hüseynov (k)
19. Aleksey Qay
27. Bəxtiyar Soltanov
32. Mixail Sivakov
34. Ürfan Abbasov
44. Rafael Santos
90. Ekiqo Ehiosun
(20. Rikardinyo, 81)

Ehtiyat oyunçular:
30. Anar Nəzirov
5. Sadiq Quliyev
25. Adrian Ropotan
99. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk

“Sumqayıt”
1. Andrey Popoviç
2. Slavik Alxasov
3. Vurğun Hüseynov
5. Cəmil Hacıyev
(9. Orxan Əliyev, 70)
7. Ruslan Poladov (k)
8. Budaq Nəsirov
14. Məhəmməd Qurbanov
17. Pərdis Fərcad-Azad
(76. Uğur Pamuk, 62)
22. Tofiq Mikayılov
45. Murad Ağayev
92. Bəxtiyar Həsənalızadə
(15. Nodar Məmmədov, 46)

Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
6. Mikayıl Rəhimov
21. Ramil Orucov
97. Xəyal Nəcəfov

Baş məşqçi: Aqil Məmmədov