«Qəbələ» AZAL tilsimini qırdı - «Qırmızı-qaralar»dan əzmkar qələbə
Oyun icmalı / 15 Sentyabr 2013 | 15:27814
«Qəbələ» AZAL tilsimini qırdı - «Qırmızı-qaralar»dan əzmkar qələbə

 AZAL – “Qəbələ”  1:2 

15 sentyabr 2013. Saat 18:00. AZAL Arena stadionu. 1500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Mehman Mahmudov
Dördüncü hakim: İnqilab Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Rövşən Əhmədov
Sarı vərəqələr: Samuel Barlay, 19 (qeyri-idman hərəkəti); Oskars Klava, 46 (qeyri-idman hərəkəti); Ruslan Tağızadə, 55 (qeyri-idman hərəkəti); Aleksandr Şemonayev, 80 (qeyri-idman hərəkəti); Vladimir Boqdanoviç, 90+3 (qeyri-idman hərəkəti) // Amit Quluzadə, 22 (qeyri-idman hərəkəti); 50 (qeyri-idman hərəkəti); Daniel Subotiç, 89 (sistematik qayda pozuntusu); Lorenzo Ebesilio, 90+4 (qeyri-idman hərəkəti) 
Qollar: Con Oluremi, 3 // Viktor Mendi, 9; Daniel Subotiç, 31 
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.

Premyer Liqanın VI turunda "Qəbələ" səfərdə 5 turdan sonra turnir cədvəlinə rəhbərlik edən AZAL-la qarşılaşdı. Sözügedən matç “qırmızı-qaralar”ın bu komanda ilə 19-cu görüşü kimi tarixə düşdü. Bu oyuna qədər paytaxt təmsilçisi “Qəbələ” üçün ən uğursuz rəqiblərdən sayılırdı. İlk dəfə 2006-cı ildə üz-üzə gələn rəqiblərin duellərində "qırmızı-qaralar" cəmi 4 dəfə qalib gəlmişdi. Bakılılar isə 8 dəfə sevinən tərəf olmuşdu. Baş tutan 18 dueldən 1/3-i bərabərliklə nəticələnmişdi. Top fərqində də üstünlük paytaxt futbolçularının tərəfində idi – 27:13. "Qəbələ" AZAL üzərində son qələbəsini 2010-ci ilin fevralında səfərdə (2:0) qazanmışdı. 
Matç tərəflər üçün turnir cədvəlinin ilk üçlüyündə qərarlaşmaq baxımından önəm daşıyırdı. Oyuna meydan sahibləri daha yaxşı başladılar.  3-cü dəqiqədə künc zərbəsindən ötürmədən sonra Oluremi topu qapıdan keçirdi. Ancaq AZAL-ın üstünlüyü çox çəkmədi. Üstünlüyü ələ keçirən “Qəbələ” az sonra bərabərliyi təmin etdi. Ebesilionun ötürməsindən sonra Mendinin başla zərbəsi dəqiq oldu. Cahangir Həsənzadə bu epizodda topa toxunsa da, zərbənin qarşısını kəsə bilmədi. 15-ci dəqiqədə “Qəbələ” ikinci qolu vurmağa yaxın oldu. Lakin Nizami Hacıyevin ötürməsindən sonra Dodo topa başla toxunsa da zərbəsi qeyri dəqiq alındı. Bu dəqiqələrdə qonaqlar daha fəal idilər. 25-ci dəqiqədə AZAL-ın müdafiə xətti kobud səhvə yol versə də, Mendi bu şansdan yararlana bilmədi. Onun zərbəsi istədiyi kimi alınmadı. Yarım saatın tamamında “Qəbələ”nin “9 nömrəsi” ikinci dəfə toru silkələsə də, yan xətt hakimi ofsayd qeydə aldı. Ancaq cəmi 1 dəqiqə sonra Yuri Syominin komandası hesabda önə keçməyi bacardı. Komanda yoldaşının ötürdüyü topu sinəsi ilə saxlayan Subotiç qüvvətli zərbə ilə Həsənzadəni məyus etdi və ilk matçda ilk qoluna imza atdı.  İlk hissə “Qəbələ”nin üstünlüyü ilə başa çatdı.

İlk hissədə olduğu kimi, fasilədən sonra da azarkeşlər qarşılıqlı hücumların şahidi oldular. 50-ci dəqiqədə “Qəbələ” meydançada azlıqda qaldı.  Amit Quluzadə ikinci sarı vərəqəni alaraq "qırmızı-qaralar"ı 10 nəfərlə qoydu. Bu dəqiqədən sonra əsasən əks-hücumlara üstünlük verən Yuri Syominin komandası azlıqda qalmasına baxmayaraq bir neçə qol şansı yaxaladı. Lakin tərəflərin səylərinə baxmayaraq, matçda hesab dəyişmədi və "Qəbələ uzun fasilədən sonra AZAL-a qalib gəlməyi bacardı. Bu qələbə ilə aktivinə 3 xal yazan "qırmızı-qaralar" turnir cədvəlinin 3-cü pilləsinə yüksəldi.

AZAL

12. Cahangir Həsənzadə (k)
3. Aleksandr Şemonayev
4. Jose Junior Ailton
(23. Tural Nərimanov, dəq.57)
8. Qərib İbrahimov
10. Con Oluremi
15. Oskars Klava
17. Viktor İqbekoyi
18. Samuel Barlay
(30. Yuri Fomenko, dəq.32)
20. Branislav Arsenyeviç
22. Ruslan Tağızadə
(7. Cavid Tağıyev, dəq.68)
32. Vladimir Boqdanoviç

Ehtiyat oyunçular:

1. Ruslan Məcidov
2. Xuan Fransisko 
28. Emin Cəfərquliyev
31. Şəhriyar Rəhimov

Baş məşqçi: Vaqif Sadıqov

“Qəbələ”

25. Dieqo Kosta
3. Nikola Valentiç
4. Amit Quluzadə
6. Volodimir Levin (k)
8. Nizami Hacıyev 
(7. Tərzin Cahangirov, dəq.57)
9. Viktor Mendi 
(19. Abdulvahid Afolabi, dəq.72)
10. Luis Paulo Hilario
14. Lorenzo Ebesilio
(84. Dejan Kelhar, dəq.90+4)
18. İbrahima Niasse 
31. Daniel Subotiç
34. Ürfan Abbasov 

Ehtiyat oyunçular:

27. David Pietrzkeviç
11. Yannik Kamanan 
42. Leonardo da Silva
88. Müşfiq Teymurov

Baş məşqçi: Yuri Syomin