«Qəbələ» «Bakı»nı iki qolla keçdi
Oyun icmalı / 23 Avqust 2014 | 15:25899
«Qəbələ» «Bakı»nı iki qolla keçdi

“Bakı” – “Qəbələ” 0:2

23 avqust 2014. Saat 18:00. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 500 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Cavanşir Yusifov
Dördüncü hakim: İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Sarı vərəqələr: Elton Hüseynov, 58 (qeyri-idman hərəkəti) // Andrei Kristea, 86 (qeyri-idman hərəkəti)
Qollar: Viktor Mendi, 78; Ruslan Abışov, 90 
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

Topaz Premyer Liqasında III tura start verilib. Turun açılış oyununda “Qəbələ” “Bakı” ilə qarşılaşıb. Dorinel Muntyanunun yetirmələri mövsümdə ikinci səfər matçına çıxıb. Rəqib meydanında ilk qələbəsini qazanmaq iddiasında olan “qırmızı-qaralar” çətin vəzifənin öhdəsindən layiqincə gəlib. Rumıniyalı mütəxəssis ötən tur “Araz-Naxçıvan”a qalib gələn heyəti dəyişməz saxlayıb.
Bir həftə əvvəldə ilk dəqiqələrdə meydanda olan “11-lik” yenə qələbə üçün matçın startından irəli atılıb. “Qəbələ” böyük qüvvə ilə hücumlar etsə də, “Bakı”nın müdafiə səddini yarmaq mümkünsüz idi. Paytaxt təmsilçisi etibarlı müdafiə olunub, əks-hücumlara ümid bağlamışdı. İlk 45 dəqiqədə dəyişməyən ssenari fasilədən sonra da davam etdi. Bu isə Muntyanunu qane etmirdi. Bu üzdən baş məşqçi əvəzetmələrlə oyunda dönüş yaratmağa qərar verib. Elə ötən oyunda meydana sonradan daxil olanlar bu dəfə komanda yoldaşlarını əvəzləyib. Bu da matçın taleyinə təsir edib.
Həlledici dəyişiklik isə “Qəbələ”nin tarixində ən çox qol vuran Viktor Mendinin meydana daxil edilməsi olub. “Bakı” ilə oyunlarda komandasının heyətində hamıdan çox qol vuran təcrübəli forvard bu dəfə də sözünü deyib. Topa ilk toxunuşundan rəqib üçün təhlükəyə çevrilən seneqallı fəallığı ilə hücum xəttini xeyli canlandırıb. Məhz onun qazandığı künc zərbəsindən sonra elə özü də başla topu qapıya göndərib. Bundan sonra matçın ssenarisi dəyişib. Meydan sahibləri bərabərlik qolu üçün irəli atılıb. Bu isə müdafiədə boşluqların yaranması ilə nəticələnib. “Qəbələ” isə bundan maksimum yararlanıb. Mendinin başladığı hücum Elvin Camalovun Cavid Hüseynova ötürməsi ilə davam etdirilib. Sonuncunun əlverişli mövqedə tapdığı Ruslan Abışov isə “qırmızı-qaralar”ın heyətində qol hesabını açmaqla qarşılaşmada son nöqtəni qoyub – 2:0.
Beləliklə, ardıcıl 2-ci qələbəsini qazanan “Qəbələ” aktivindəki xalların sayını 6-ya çatdırıb və 2-ci pilləyə yüksəlib. 


“Bakı”

1. Aqil Məmmədov (k)
3. Yure Travner
6. Vüqar Bəybalayev
(15. Azad Kərimov, 88)
7. Nuran Qurbanov
8. Lukas Mario Horvat 
10. Nurlan Novruzov
18. Əziz Quliyev 
(11. Tural Qürbətov, 68)
19. Elton Hüseynov
21. Elşad Manafov 
22. Risto Ristoviç
(17. Elmin Əsgərli, 83)
37. Mikayıl Rəhimov

Ehtiyat oyunçular:

12. Elxan Əhmədov
4. Ülvi Süleymanov
20. Valeh Seyidov
55. Aydın Mustafazadə

Baş məşqçi: İbrahim Uzunca

“Qəbələ”

1. Kamran Ağayev (k)
7. Ruslan Əmircanov
8. Markus Vidal
(11. Andrei Kristea, 68)
12. Aleksandr Benqa
14. Cavid Hüseynov
15. Ruslan Abışov 
21. Yazalde Pinto 
(9. Viktor Mendi, 58)
25. Adrian Ropotan
26. Pavol Farkas
34. Ürfan Abbasov
90. Ekiqo Ehiosun
(4. Elvin Camalov, 90)

Ehtiyat oyunçular:

30. Anar Nəzirov
16. Ruslan Tağızadə
36. Elnur Allahverdiyev
44. Rafael Santos

Baş məşqçi: Dorinel Munteanu