Qəbələ - İnter: 16-cı duelə doğru
Xəbərlər / 7 Dekabr 2011 | 20:00879
Qəbələ - İnter: 16-cı duelə doğru

949 günlük həsrəti bitirmək üçün

Premyer Liqanın XVI turunda “İnter”i qəbul edəcək “Qəbələ” tarixində 16-cı dəfə bu rəqiblə qarşılaşacaq. İndiyədək komandalar 13 dəfə ölkə çempionatı, 2 dəfə kubokda üz-üzə gəliblər. Cari mövsümdə artıq 1 dəfə üz-üzə gələn komandalar sonuncu dəfə cəmi 49 gün əvvəl qarşılaşıblar.

 Qəbələdəki 6 çempionat matçında 1 dəfə meydan sahibləri, 3 dəfə qonaqlar qalib gəlibsə, top fərqində “Qəbələ” hələ ki, 3:5 hesabı ilə geridədir. Bakıda keçirilən 7 çempionat matçında meydan sahibləri 4 qələbə qazanıb. Top fərqinin 15:5 olduğu görüşlərdə səfər qələbəsi olmayan “Qəbələ” yalnız 3 heç-heçə əldə edib.

Ümumilikdə isə Premyer Liqada “İnter” 7, “Qəbələ” isə 1 qələbəyə sevinib. Daha 5 dəfə sülhlə ayrılan rəqiblərin görüşlərindəki top fərqində 20:8 hesabı ilə bakılılar öndədir.

 Tarixdə 1 dəfə təsadüf olunan kubok duelində tərəflərin hərəsi öz meydanında qalib gəlib. Lakin “İnter” öz meydanında 5 cavabsız qolla qalib gələrək yarımfinalın taleyini öz xeyrinə həll edib. Qəbələdəki 2:0 hesablı qələbə isə əyalət təmsilçisini işinə yaramayıb. 2 il 7 ay əvvəlki həmin qələbə “Qəbələ”nin “İnter” üzərində hələlik son qələbəsidir. İndi komandamız doğma azarkeşlər önündə 949 günlük bu həsrətə son qoymaq imkanı qazanıb.

 Bu isə o deməkdir ki, 16-cı duelə çıxan “Qəbələ” “İnter” üzərində ümumilikdə 3-cü qələbəsini qazanmağa çalışacaq. Belə ki, əvvəlki 15 matçda ümumi hesabda 10:25 hesabı ilə geridə olan komandamızın 2 qələbəsi və 5 heç-heçəsi var.

 

2006/07

05.08.2006

Premyer Liqa

Gilan (Qəbələ) - İnter (Bakı)

0:0

2006/07

12.02.2007

Premyer Liqa

İnter (Bakı) - Gilan (Qəbələ)

2:0

2007/08

02.12.2007

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

2:1

2007/08

28.05.2008

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

4:0

2008/09

30.08.2008

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

1:1

2008/09

07.03.2009

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

0:1

2008/09

29.04.2009

Azərbaycan kuboku, 1/2 final

İnter (Bakı) - Qəbələ

5:0

2008/09

06.05.2009

Azərbaycan kuboku, 1/2 final

Qəbələ - İnter (Bakı)

2:0

2009/10

26.09.2009

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

3:2

2009/10

24.12.2009

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

0:1

2009/10

10.04.2010

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

1:1

2009/10

15.05.2010

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

4:1

2010/11

19.09.2010

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

0:1

2010/11

13.11.2010

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

0:0

2011/12

23.10.2011

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

1:1