“Qəbələ” növbəti dəfə “İnter”lə xalları yarı böldü
Oyun icmalı / 10 Dekabr 2011 | 20:00495
“Qəbələ” növbəti dəfə “İnter”lə xalları yarı böldü

"Qəbələ" 0:0 "İnter"
 
11 dekabr 2011. Saat 14:00. Qəbələ şəhər stadionu. 1000 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Nahid Əliyev
Dördüncü hakim: Rauf Cabbarov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Orucəli Durmuşov
Sarı vərəqələr: Serge Djiehoua, 64 // Arif Daşdəmirov, 14 
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.


Unibank  Premyer Liqasının 16-cı turunda “Qəbələ” doğma divarlar arasında “İnter”i qəbul etdi. Təsnifat mərhələsinin birinci dövrəsində paytaxtada üz-üzə gələn komandalar meydançadan 1:1-lik heç-heçə ilə ayrılmışdılar.  Sözügedən matçın taleyini penaltilər həll etmişdi.
Qarşılaşma tərəflərin ehtiyatlı oyunu ilə start götürdü. Bir az da irəli gedib komandaların ehtiyatlı oyun üslubuna sonadək sadiq qaldıqlarını vurğulamaq yerinə düşərdi.  Oyun ərzində qol epizodlarının azlığını da məzh bu halla əlaqələndirmək mümkündür. Matçda ilk təhlükəli qol epizodu qarşılaşmanın 37-ci dəqiqəsinə təsadüf etdi. Bruno da Silvanın cərmə meydançasına asmasını Serje Cehua başla çərçivəyə istiqamətləndirsə də, Lomayanın diqqətli oyunu qola imkan vermədi. 5 dəqiqə sonra Lomaya bir daha komandasını qoldan xilas etdi. Bu dəfə o, Mendinin uğur qazanmasına imkan vermədi.
İkinci hissə də tərəflərin bərabər səviyyəli mübarizəsi şəraitində keçdi. İlk təhlükəli vəziyyət “Qəbələ”nin qapısında yaşandı. Baçana Sxadadzenin zərbəsini Pavel Doroşev zərərsizləşdirdi. Ardından İbrahima Niasse  əlverişli mövqedən qapıya zərbə endirsə də, Doroşev yerində idi. Matçın son dəqiqələri isə “Qəbələ”nin üstünlüyü şəraitində keçdi. Təzyiqi artıran Fatih Kavlakın yetirmələri ard-arda bir neçə təhlükəli hücum reallaşdırdılar. Əvvəlcə künc zərbəsindən ötürülən topa Vurğun Hüseynov başla toxunsa da, zərbəsi qüvvətli alınmadı və Lomaya “meşin yuvarlağı” tutdu. Qarşılaşmanın son qol epizodu əsas vaxta əlavə olunmuş dəqiqələrdə meydançaya daxil olan Nuran Qurbanovun adı ilə bağlı oldu. Nuran cərimə zərbəsindən topu birbaşa qapıya göndərsə də, Lomaya bu dəfə də komandasını xilas etdi. Beləliklə, təsnifat mərhələsinin ikinci oyununda da komandalar bir xalla kifayətlənməli oldular.
Fatih Kavlak: “Rəqib komandaya gözəl oyuna görə təşəkkür edirəm. Fikrimcə, “İnter” fiziki və taktiki baxımdan Azərbaycanın ən güclü komandasıdı. Onlar qısa ötürmələrlə çox yaxşı oynayırlar. Biz də yaxşı komandayıq. Bugün komandalar çox mübariz oyun nümayiş etdirdilər. Komandamdan razı qaldım. Baxmayaraq ki, biz bugünkü qarşılaşmada 3 xal qazanmağı hədəfləyirdik”. 

“Qəbələ”

12. Pavel Doroşev
3. Vurğun Hüseynov
6. Lyuba Baranin (k)
8. Bruno da Silva
9. Viktor Mendi
11. Serge Djiehoua
(7. Yaşar Abuzərov, dəq.64)
14. Veselko Trivunovic
(17. Arif İsayev, dəq.52)
15. Nodar Məmmədov
18. Aleksandr Çertoqanov
26. Daniel Lopes Kruz
(25. Nuran Qurbanov, dəq.90+2) 
33. Saşa Yunisoğlu

Ehtiyat oyunçular: 

30. Qrem Smit
5. Sergey Sokolov
20. Stiv Olfers
22. Murad Hüseynov

Baş məşqçi: Fatih Kavlak

“İnter”

1. Georgi Lomaya
4. Valeri Abramidze
6. Samir Zərgərov
(8. Nizami Hacıyev, dəq.68)
14. Peter Zlatinov
15. Vladimir Levin (k)
16. Elnur Abdulov
(11. Asif Məmmədov, dəq.46)
18. İlia Kandelaki
21. Arif Daşdəmirov
22. Peter Chrappan
25. İbrahima Niasse
(23. Şəhriyar Rəhimov, dəq.90+1)
28. Baçana Sxadadze

Ehtiyat oyunçular:

99. Səlahət Ağayev
7. Ruslan Poladov
9. Enyo Krastovçev
30. Danildo Assioli

Baş məşqçi: Kaxaber Sxadadze