«Qəbələ» qələbə hesabını qoruya bilmədi
Oyun icmalı / 4 Oktyabr 2013 | 13:33934
«Qəbələ» qələbə hesabını qoruya bilmədi

“Qəbələ” – “Neftçi” 1:2 

04 oktyabr 2013. Saat 16:00. Qəbələ şəhər stadionu. 2500 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Namiq Hüseynov
Dördüncü hakim: Namiq Bəkirov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Amid Quluzadə, 19 (rəqibi tutduğuna görə) // Mahir Şükürov, 21 (hakimin qərarına etiraz); Bruno Bertuççi, 38 (hakimin qərarına etiraz); Karlos Kardoso, 90+2 (rəqibə badalaq) 
Qollar: Lorenzo Ebesilio, 7 // Mahir Şükürov, 20 (p.); Rəşad Sadiqov, 56
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

Premyer Liqanın IX turunda "Qəbələ" doğma meydançada "Neftçi"ni qəbul etdi. Matç komandaların liderliyi baxımından tərəflər üçün önəm kəsb edirdi.
Qarşılaşma "Qəbələ"nin sürətli hücumları ilə başladı. Bu təzyiq artıq 7-ci dəqiqədə öz bəhrəsini verdi. Subotiçin dəqiq ara ötürməsindən sonra Ebesilio tək toxunuşla topu qapıçının üzərindən tora göndərdi - 1:0. İrəliləyən dəqiqələrdə "Neftçi" tədricən oyunda balans yaratmağa müvəffəq oldu. 20-ci dəqiqədə qonaqlar hesabı bərabərləşdirməyi bacardılar. Mahir Şükürov prnalti zərbəsindən status-kvonu bərpa etdi və ilk yarının hesabını müəyyənləşdirdi.
İkinci hissəyə "Neftçi" daha yaxşı başladı. Topa nəzarəti ələ keçirən "ağ-qaralar" 56-cı dəqiqədə hesabda irəli çıxdı. Rəşad Sadiqovun zərbəsi dəqiq oldu. Matçın son bölümündə "Qəbələ" hücumlarının kəsərini artırsa da, matçda hesab dəyişmədi və "Qəbələ" cari mövsümdə doğma meydançada ilk məğlubiyyətini aldı. 

“Qəbələ”

25. Dieqo Kosta
4. Amid Quluzadə
(8. Nizami Hacıyev, dəq.66)
6. Volodimir Levin (k)
9. Viktor Mendi 
(19. Abdulvahid Afolabi, dəq.58)
10. Luis Paulo Hilario
(84. Dejan Kelhar, dəq.75)
14. Lorenzo Ebesilio
18. İbrahima Niasse 
31. Daniel Subotiç
34. Ürfan Abbasov 
36. Elnur Allahverdiyev 
42. Leonardo da Silva

Ehtiyat oyunçular:

27. David Pietrzkeviç
3. Nikola Valentiç
11. Yannik Kamanan
88. Müşfiq Teymurov

Baş məşqçi: Yuri Syomin

“Neftçi”

30. Saşa Stamenkoviç
2. Karlos Kardoso
3. Denis Silva
6. Rəşad Sadiqov (k)
7. Araz Abdullayev 
(28. Emin Mehdiyev, dəq.76)
9. Flavio Aleks Valensio
10. Cavid İmamverdiyev 
(19. Mirhüseyn Seyidov, dəq.79)
15. Erik Ramos
16. Bruno Bertuççi
22. Mahir Şükürov
90. Ernest Nfor 
(11. Melvin Platye, dəq.81)

Ehtiyat oyunçular:

1. Pavel Doroşevs
4. Tərlan Quliyev 
5. İqor Mitrseki
32. Elvin Yunuszadə

Məşqçi: Tərlan Əhmədov