“Qəbələ” “Turan”a qarşı ardıcıl 8-ci qələbəsini qazandı
Oyun icmalı / 14 Dekabr 2011 | 20:00776
“Qəbələ” “Turan”a qarşı ardıcıl 8-ci qələbəsini qazandı

"Turan" 0:1 "Qəbələ"

15 dekabr  2011. Saat 14:00. Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionu. 1000 tamaşaçı
Baş hakim: Elnur Muradov
Baş hakimin köməkçiləri:  Samir Hacıyev, Knyaz Əmiraslanov
Dördüncü hakim: Rasim Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov 
Hakim-inspektor: Asif Namazov
Sarı vərəqələr: Namiq Əliyev, 59 ; Ramal Hüseynov, 84 // Bruno da Silva, 12 ; Serge Djiehoua, 22 ; Pavel Doroşevs, 90 
Qırmızı vərəqə: Nodar Məmmədov, 82 
Qol: Luiz Paulo Hilario, 67
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.

Unibank Premyer Liqasının 17-ci turu çərçivəsində “Qəbələ” səfərdə “Turan”la üz-üzə gəldi. 15-ci turda “Turan” – “Qarabağ” matçından sonra yaşanan xoşagəlməz hadisələrə görə Tovuz təmsilçisi “Qəbələ”ni Şəmkir Olimpiya İdman kompleksinin stadionunda qəbul etdi. Biraz irəli gedib stadionun ot örtüyünün bərbad vəziyyətdə olduğunu, bunun da matçın baxımlı alınmasına, futbolçuların topla sərbəst davranmalarına maneçilik törətdiyini vurğulamaq yerinə düşər.

Matçın ilk hissəsi çox baxımsız alındı. Futbolçular əsasən topu meydançanın özlərinə aid hissəsindən uzaqlaşdırmaqla yadda qaldılar. İlk 45 dəqiqənin 2 yaddaqalan epizodu “Qəbələ”nin forvardı Serje Cehuanın adı ilə bağlı oldu. Hər iki epizodda sağ cinahda topu ələ keçirən afrikalı qapı istiqamətində zərbə endirsə də, “meşin yuvarlaq” çərçivəni tapmadı. 

İkinci hissə birinci ilə müqayisədə daha gərgin mübarizə şəraitində keçdi. İkinci 45-liyin ilk dəqiqələrindən tədricən üstünlüyü ələ keçirən Fatih Kavlakın yetirmələri tez-tez rəqibin müdafiə xəttini narahat etməyə  başladılar. Xususən ötən tur cəzalı olduğuna görə “İnter”ə qarşı forma geyməyən Dodo fəallığı ilə fərqlənirdi. Hissənin ilk təhlükəli zərbəsi də onun aktivinə yazıldı. Braziliyilanın əlverişli mövqedən endirdiyi qüvvətli zərbəni Anar Nəzirov zərərsizləşdirdi.  64-cü dəqiqədə Saşa Yunisoğlu komandasını irəli çıxara bilərdi. Lakin Baraninin ənənəvi aut atışıından sonra Saşa topa toxunmağa gecikdi. Hücumların kəsərini artıran “Qəbələ” 3 dəqiqə sonra istəyinə çatdı.  Dodo fərdi ustalığı sayəsində iki müdafiəçini “zərərsizləşdirdi” və topu doqquzluğa göndərdi: 0-1. Matçın 82-ci dəqiqəsində  “Qəbələ” azlıqda qaldı.  Baş hakim Elnur Muradov müdafiəçi Nodar Məmmədovu mübahisəli epizodda qırmızı vərəqə ilə cəzalandırdı. Umumiyyətlə matçın referisi Elnur Muradov zəif idarəçiliklə yadda qaldı. Oyuna nəzarəti tez-tez əldən verən baş hakim verdiyi yanlış qərarlarla diqqət çəkdi.
 
Matçın son təhlükəli vəziyyəti də qonaqların aktivinə yazıldı. Nuran-Dodo-Daniel Kruz kombinasiyasını sonuncu zərbə ilə tamamlasa da, Anar topa keçid vermədi. Beləliklə, “Turana” qarşı son 7 qarşılaşmada qələbə qazanan “Qəbələ” uğurlu oyunlar seriyasını 8-ə çatdırdı və altılıqdakı yerini möhkəmləndirdi.

Fatih Kavlak:  “Bura üç xal qazanmaq üçün gəlmişdik. Qələbə münasibətilə komandamı təbrik edirəm. Bundan sonra daha çətin oyunlarımız var. Növbəti turlara hazırlaşacağıq. Qış fasiləsinə kimi daha çox xal toplamaq istəyirik ki, fasilədə nə edəcəyimizə qərar verək. Yeni futbolçu lazım olub-olmamasını da məhz həmin vaxt müəyyənləşdirəcəyik. Aleksandr Çertaqanov zədəli olduğundan bu gün meydana çıxmamışdı”.


“Turan”

1. Anar Nəzirov
4. Seymur Tağıyev
7. Ramal Hüseynov (k)
8. Akif Tağıyev
(20. Azər Məmmədov, dəq.58)
11. Georgi Beriaşvili
14. Aleksandr Qoqoberişvili
15. Namiq Əliyev
(9. Yasin Abbasov, dəq.71)
19. Ruslan Abbasov
(17. Rəşad Piriyev, dəq.87)
21. Rəşad Orucov
22. Məhərrəm Müslümzadə
27. Zura Dzamsaşvili

Ehtiyat oyunçular:
 
30. Ramil Kərimov
16. Orxan İsmayılov
18. Hafiz Əliyev
28. Tuqay Alhüseynli

Baş məşqçi: Əsgər Abdullayev

“Qəbələ”

12. Pavel Doroşev
3. Vurğun Hüseynov
6. Lyuba Baranin (k)
7. Yaşar Abuzərov 
(26. Daniel Lopes Kruz, dəq.76)
8. Bruno da Silva
9. Viktor Mendi
11. Serge Djiehoua
(17. Arif İsayev, dəq.46)
15. Nodar Məmmədov
25. Nuran Qurbanov
33. Saşa Yunisoğlu
77. Luiz Paulo Hilario Dodo
(5. Sergey Sokolov, dəq.90+3)

Ehtiyat oyunçular: 

30. Qrem Smit
20. Stiv Olfers
22. Murad Hüseynov
24. Tərzin Cahangirov

Baş məşqçi: Fatih Kavlak