«Qəbələ» «Yagelloniya» - «Dinamo» cütünün qalibi ilə qarşılaşacaq
Xəbərlər / 19 İyun 2017 | 16:55653
«Qəbələ» «Yagelloniya» - «Dinamo» cütünün qalibi ilə qarşılaşacaq

2017/2018 mövsümündə UEFA Avropa Liqasında çıxış edəcək “Qəbələ”nin rəqibi müəyyənləşib. Ardıcıl 4-cü dəfə turnirdə qüvvəsini sınayacaq komandamız yarışa II təsnifat mərhələsindən başlayacaq. “Qırmızı-qaralar” bu mərhələdə “Yagelloniya” (Polşa) - “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. Komandamız ilk oyununu iyulun 13-də evdə keçirəcək. Cavab görüşü isə iyulun 20-də səfərdə baş tutacaq.
I təsnifat mərhələsinin qarşılaşmaları iyunun 29-da və iyulun 6-da keçiriləcək.
Xatırladaq ki, “qırmızı-qaralar” avrokuboklarda debüt etdiyi 2014/2015 mövsümündə mübarizəni I təsnifat mərhələsində dayandırıb, 2015/2016 və 2016/2017 mövsümlərində 4 mərhələ adlayaraq qrupda çıxış edib.