«Rəvan» üzərində möhtəşəm qələbə - «Qəbələ» liderlər qrupunda
Oyun icmalı / 25 Noyabr 2012 | 17:16756
«Rəvan» üzərində möhtəşəm qələbə - «Qəbələ» liderlər qrupunda

"Rəvan" - "Qəbələ" 1:3

25 noyabr 2012. Saat 18:00. Bayıl Arena. 1000 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: İlham Əliyev, Coşqun Həsənov
Dördüncü hakim: Ramil Əhmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor:  Xaqani Məmmədov
Sarı vərəqələr: Ekrem Hodziç, 44 ; 70; Samuel Barlay, 85  // Daniel Lopes Kruz, 32; Luis Paulo Hilario, 38 
Qırmızı vərəqələr: Ekrem Hodziç, 70  // Rəşad Abdullayev, 44 
Qollar: Tofiq Mikayılov, 23 // Viktor Mendi, 12; Rəşad Abdullayev, 27; Lourival Assis, 70 (p.)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

Premyer Liqanın XIV turunda “Qəbələ” səfərdə “Rəvan”la üzə-üzə gəldi. Son üç turda qələbə qazanmaqla uğurlu seriya yaxalayan Ramiz Məmmədovun yetirmələri bu matçda da maksimum nəticə əldə etmək iddiasında idi. 
Matç qonaqların sürətli hücumları ilə start götürdü. İlk dəqiqələrdən üstünlüyü ələ keçirən “Qəbələ” artıq 2-ci dəqiqədə hesabı aça bilərdi. Lakin Viktor Mendi şansdan yararlana bilmədi.  3 dəqiqə sonra Kamanan əlverişli vəziyyətdə qeyri-dəqiq oynadı. Qırmızı-qaraların təzyiqi 12-ci dəqiqədə bəhrəsini verdi. Mendi komandasını irəli çıxardı – 1:0. Qoldan 12 dəqiqə sonra meydan sahibləri gözlənilmədən hesabı bərabərləşdirdilər. Tofiq Mikayılov fərqləndi – 1:1.
Növbəti qolu daha 12 dəqiqə gözləmək lazım oldu. Rəşad Abdullayevin cərimə zərbəsindən qapıya istiqamətləndirdiyi top rəqib müdafiəçisinə toxunaraq çərçivəyə düşdü – 2:1. 44-ci dəqiqədə Rəşad Abdullayev bir daha diqqət mərkəzinə düşdü. Abdullayevin rəqib futbolçu ilə top uğrunda mübarizəsini kobudluq kimi dəyərləndirən baş hakim yarımmüdafiçiyə qırmızı vərəqə göstərdi və meydançadan kənarlaşdırdı.
İkinci hissəyə daha diqqətli başlayan “Qəbələ” əsasən əks-hücumlarla qarşı tərəfi narahat edirdi. Bu taktika 70-ci dəqiqədə bəhrəsini verdi. Sağ cinahdan cərimə meydançasına daxil olan Dodonun qarşısı Ekrem Hodziç tərəfindən kobudluqla alındı. Tərəddüd etmədən 11 metrlik nöqtəni göstərən referi Hodziçə ikinci sarı vərəqə göstərməklə onu meydançadan qovdu. Penalti zərbəsini dəqiq yerinə yetirən Lorival Assis hesab arasındakı fərqi 2-yə çatdırdı – 3:1. Bu matça vurulan son qol oldu və “Qəbələ” ardıcıl 4-cü qələbəsini qazanmaqla turnir cədvəlinin ilk üçlüyünə - liderlər qrupuna yüksəldi.


“Rəvan”

12. Davud Kərimi
5. Nikolay Orlovskiy 
8. Tural Axundov
10. Nemanya Vidakoviç
(11. Şeriff Suma, dəq.76)
13. Şəhriyar Rəhimov 
18. Samuel Barlay
22. Tofiq Mikayılov
(9. Vüsal Qarayev, dəq.84)
14. Juan Manuel Varela
4. Ekrem Hodziç (k)
20. Kristian Torres 
27. Nuran Qurbanov 
(28. Amid Quluzadə, dəq.70)

Ehtiyat oyunçular:

99. Murad Qənbərov
15. Tural Cəlilov 
16. Orxan Lalayev
26. Fransis Bosman 

Baş məşqçi: Kemal Alispahiç

“Qəbələ”

30. Anar Nəzirov 
9. Viktor Mendi 
10. Luis Paulo Hilario
(23. Şəhriyar Xəlilov, dəq.88)
11. Yannik Kamanan
(8. Bruno Da Silva, dəq.82)
15. Umar Kalabane 
18. Aleksandr Çertoqanov
(7. Yaşar Abuzərov, dəq.90+2)
22. Lourival Rodriqes 
26. Daniel Lopes Kruz
27. Rəşad Abdullayev (k) 
84. Dejan Kelhar 
34. Ürfan Abbasov

Ehtiyat oyunçular:

25. Dieqo Kosta Silva
5. Muammer Erdoğdu
21. Elmar Baxşıyev
38. Muşfiq Teymurov

Baş məşqçi: Ramiz Məmmədov

Ramiz Məmmədov: “Komandama təşəkkürümü bildirirəm, Rəşad Abdullayev qırmızı vərəqə alandan sonra onun yerini boş qoymadılar. Futbolçu həyatı cəzasız olmur, Rəşad əsəblərinə hakim olmadı və haqlı olaraq qırmızı vərəqə aldı. Buna görə tədbir görəcəm”.

Kemal Alispahiç: “Komandamı cəsur oyuna görə təbrik edirəm. Oyunun başlanğıcında bizim üçün çətin oldu, qapımızdan qol buraxdıq. Lakin özümüzü toparlayıb, bərabərlik qolunu vura bildik. Oyun bərabər gedirdi, buraxdığmız ikinci qol isə bizi “sındırdı”. İkinci hissədə rəqib əks-hücumlarda oynadı. Torresin hesabı bərabərləşdirmək üçün imkanı olsa da, yararlana bilmədi. “Qəbələ” bu gün güclü komanda olduğunu sübut etdi”.